SOFT Fresh
İntim gigiyena geli
Evkalipt və yaşıl çay
Təmizlik və təravət
Təbii mikrofloranı qoruyur
SOFT Fresh — qadınların gündəlik intim gigiyenası üçün nəzərdə tutulmuş təravətləndirici və təmizləyici vasitədir. Bitki ekstraktları və vitaminlərlə zənginləşdirilmiş təbii formulu uzunmüddətli təravət, təmizlik və rahatlıq hissi bəxş edir. SOFT Fresh zərif şəkildə təmizləyir, mikrofloranı qoruyur, nəmləndirir və qidalandırır, quruluq və diskomfortun qarşısını alır.
İstifadə qaydası: Geli az miqdarda intim nahiyəyə çəkin, yumşaq hərəkətlərlə köpürün və ilıq su ilə yaxalayın. Gündəlik istifadə üçün uyğundur.
Xəbərdarlıq: Yalnız xarici istifadə üçündür. Hər hansı komponentə qarşı həssaslıq yarandıqda istifadəni dayandırın. Gözə düşərsə, bol su ilə yuyun. Uşaqların və ev heyvanlarının əli çatmayan yerdə saxlayın. +5 °C ilə +25 °C arasında, sərin və günəş şüasından qorunan yerdə saxlayın.
Tərkibi: Aqua; Cocamidopropyl Betaine; Disodium 2-Sulfolaurate; Coco Glucoside; Glyceryl Oleate; Glycerin; Aloe Barbadensis Leaf Juice; Lactic Acid; Panthenol; Tocopherol; Eucalyptus Globulus Leaf Oil; Camellia Sinensis Leaf Extract; Sodium Benzoate; Potassium Sorbate; Sodium Chloride; Parfum/Fragrance.
Saxlama müddəti: 24 ay (qablaşdırmada göstərilib).
Açıldıqdan sonra: 6 ay ərzində istifadə olunmalıdır.
Həcmi: 220 ml